Stadiona bomba atdılar: 1 ölü, 15 yaralı
24.08.2009 - 11:07
Stadiona bomba atdılar: 1 ölü, 15 yaralı
Hindistanda keçirilən futbol matçı faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Kəlküttə şəhərində iki yerli komandanın oyunu zamanı fanatlar arasında qanlı olay yaşanıb. Belə ki, uduzan klubun azarkeşləri qalib komandanın fanatlarının oturduğu tribunaya atəş açıb və bomba tullayıblar. Şəhərin polis rəisi Siddhant Quptanın bildirdiyinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

Xoşagəlməz olay stadiondan kənarda da davam edib. Zərərçəkənlər bomba atanları izləyib və onların istirahət evində məskunlaşdıqlarını görüblər. Qisas almaq məqsədilə zərərçəkənlər istirahət evinin pəncərələrini sındırıb, kotteclərə od vurublar. Yalnız xüsusi təyinatlı polislərin və yanğın söndürən maşınların müdaxiləsindən sonra hadisələrin qarşısını almaq mümkün olub.
0