Futbol yığmamız 5 günə 3 oyuna çıxacaq
24.08.2009 - 11:35
Futbol yığmamız 5 günə 3 oyuna çıxacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının seçmə mərhələsinin 13-cü qrupunda mübarizə aparacaq yığmamız İsrailin iki stadionunda oynayacaq. Bütün matçlarını eyni vaxtda - Bakı vaxtı ilə saat 19:00-da başlayacaq Bernard Lippertin yetirmələri ilk görüşünü bir, növbəti oyunlarını digər şəhərdə keçirəcək.

9 oktyabr
İsrail – Azərbaycan
Saat 19:00. Nes-Ziona. Nes-Ziona stadionu

11 oktyabr
Polşa – Azərbaycan
Saat 19:00. Rişon Le-Zion. Haberfeld stadionu

14 oktyabr
Azərbaycan – Danimarka
Saat 19:00. Rişon Le-Zion. Haberfeld stadionu
0