Anar Salmanov “Turan”la oyunda “Neftçi”yə necə kömək etdi?
24.08.2009 - 11:46
Anar Salmanov “Turan”la oyunda “Neftçi”yə necə kömək etdi?
Azərbaycan Premyer Liqasının II turunu idarə edən hakimlərin qiymətləri müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hakim-inspektorların verdikləri qiymətlərə əsasən, ən zəif idarəçilik “Neftçi” – “Turan” qarşılaşmasına təsadüf edib. Qonaqları 2 penalti ilə cəzalandıran Anar Salmanov ən aşağı qiymət alan hakim olub.

"Xəzər-Lənkəran" - "İnter"
Vüsal Əliyev - 8,2, Vaqif Musayev - 8,1, Mehman Mahmudov – 8,1, Əfqan Həmzəyev - 8,0

"Neftçi" - "Turan"
Anar Salmanov - 7,5, Azər Əsgərov - 8,0, İsgəndər Əliyev - 8,1, Əliyar Ağayev - 8,0

"Simurq" - "Muğan"
Elçin Məmmədov - 8,1, Azaq Q. Hüseynov - 8,0, Aydın Ələkbərov - 8,0, Elnur Muradov - 8,0

"Karvan" - "Olimpik-Şüvəlan"
Azad Mütəllimov - 7,9, Munis Abdullayev - 8,0, Eldar Nağıbəyov - 7,5, Zöhrab Əliyev - 8,0
0