Subaşiçin komandası geriləyir
24.08.2009 - 12:10
Subaşiçin komandası geriləyir
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu çıxış etdiyi “Çançun Yatay” klubunun XVIII tur çərçivəsində keçirilən matçında meydana çıxıb. Komandasının “Çendu”ya səfərdə 1:2 hesabı ilə uduzduğu görüşdə Subaşiç yalnız 62-ci dəqiqədə oyuna daxil olub. Bu məğlubiyyətdən sonra hesabında 26 xal olan “Çançun Yatay” ölkə çempionatının turnir cədvəlində 8-ci pilləyə enib.

Qeyd edək ki, Subaşiçin komandası növbəti oyununu avqustun 26-da öz meydanında “Şandun”a qarşı keçirəcək.
0