“Real”da hansı futbolçular oruc tutur?
24.08.2009 - 13:53
“Real”da hansı futbolçular oruc tutur?
Madridin “Real” klubunun şərəfini qoruyan bir neçə futbolçu müqəddəs Ramazan ayının şərtlərinə əməl edir. Apasport.az saytının məlumatına görə, komandanın 3 üzvü - malili Məhəmməd Diarra, Lassana Diarra və Kərim Benzema oruc tutur.

Ramazan ayı ərzində “Real” İspaniya çempionatında “Deportivo”, “Espanyol” və “Heres”ə qarşı mübarizə aparacaq. Üstəlik, Benzema və Lassananı Fransa yığmasının heyətində 2 matç gözləyir. Klubun həkimləri oruc tutan futbolçuların çətinlik yaşamamaları üçün xüsusi proqram tərtib ediblər.
0