“Simurq”da erkən istirahət
24.08.2009 - 14:15
“Simurq”da erkən istirahət
Zaqatalanın “Simurq” klubunun futbolçuları komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Pokoranın yetirmələri istirahətə buraxılıb. Buna Azərbaycan Premyer Liqasının III turunun oyunlarının təxirə salınması səbəb olub. Komandanın bir də sentyabrın 12-də rəsmi oyun keçirəcəyini nəzərə alan ukraynalı mütəxəssis futbolçularının avqustun 31-də bir araya gəlməsinə qərar verib.
Qeyd edək ki, “Simurq” IV turun sentyabrın 12-də keçiriləcək qarşılaşmasında “Bakı”nın qonağı olacaq.
0