AFFA-nın baş katibi UEFA nümayəndəsi kimi təsdiq olunub
24.08.2009 - 14:47
AFFA-nın baş katibi UEFA nümayəndəsi kimi təsdiq olunub
Azərbaycanlı UEFA nümayəndələrinin sayı artıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə UEFA nümayəndəsi statusuna yiyələnib. Bununla bağlı Avropa futbol qurumu tərəfindən AFFA-ya rəsmi məktub da göndərilib. Məktubda həmçinin Elxan Məmmədovun UEFA nümayəndəsi və Murad Məmmədovun futzal üzrə UEFA nümayəndəsi kimi növbəti dəfə təsdiq olunması öz əksini tapıb.
0