Aqil Məmmədov milli komandaya çağırıldı
24.08.2009 - 15:08
Aqil Məmmədov milli komandaya çağırıldı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Albaniya ilə oyuna 19 futbolçu çağırılacaq.

Millimizin baş məşqçisi Bernard Lippert bu qarşılaşmada sərəncamında görmək istədiyi oyunçuların ilkin siyahısını müəyyənləşdirib: Aqil Məmmədov, Elçin Sadıqov, Emin Cəfərquliyev, Bəxtiyar Soltanov, Nodar Məmmədov, Tural İsgəndərov, Tərlan Quliyev, Tural Nərimanov, Cavid İmamverdiyev, Eşqin Quliyev, Maksim Medvedev, Rauf Əliyev, Taqim Novruzov, Fərrux Rəhimov, Şəhriyar Rəhimov, Əfran İsmayılov, Vurğun Hüseynov, Pərvin Paşayev, Emin Mustafayev.

Qeyd edək ki, yığmamızın seçmə mərhələdəki ilk matçı Durres şəhərindəki “Niko Dovana” stadionunda keçiriləcək.
0