AFFA korrupsiyaya qarşı
24.08.2009 - 15:19
AFFA korrupsiyaya qarşı
UEFA-nın təşkilatçılığı ilə “İdmanda totalizator və korrupsiya” mövzusunda seminar keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qitə futbol qurumunun seminarında Azərbaycan da təmsil olunacaq. Belə ki, avqustun 25-də və 26-da keçiriləcək tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edəcək.

Qeyd edək ki, seminar İsveçrənin Nyon şəhərində keçiriləcək.
0