Premyer Liqa üçün daha 4 mütəxəssis
24.08.2009 - 16:09
Premyer Liqa üçün daha 4 mütəxəssis
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddink özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı hollandiyalı mütəxəssis televiziyada şərhçilik edəcək. Hiddink İngiltərə Premyer Liqasının bir neçə oyununun yayımı zamanı iş başında olacaq. Məşhur ESPN kanalı hollandiyalı ilə yanaşı, Kevin Kiqan, İan Rayt və Stüart Pirs kimi tanınan mütəxəssisləri də Premyer Liqa oyunlarına cəlb edib.
0