“Kalyari”nin yarımmüdafiəçisi Bakıya gəlir
24.08.2009 - 17:46
“Kalyari”nin yarımmüdafiəçisi Bakıya gəlir
Belarusun gənclərdən ibarət milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Kondratyev 21 yaşlılardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan milli komandası ilə oyununa 21 futbolçu çağırıb. Mütəxəssis sentyabrın 9-da Bakının Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq belaruslular Rusiya Premyer Liqasından 3, Ukrayna və Moldova çempionatından bir futbolçunu heyətə cəlb edib. İtaliyanın “Kalyari” klubunun şərəfini qoruyan Mixail Sivakov da Bernard Lippertin yetirmələrinə qarşı oynamaq imkanı əldə edib.

Qapıçılar: İlya Qavrilov (“Moskva”, Rusiya), Artyom Qomelko (“Lokomotiv”, Rusiya), Aleksandr Qutor (BATE)

Müdafiəçilər: Oleq Veretilo (“Dinamo” Minsk), Sergey Matveyçik (“Qomel”), İqor Karpoviç (“Şerif”, Moldova), Yuri Rıjko (“Smorqon”), Sergey Politeviç (“Naftan”), Artyom Rəhmanov (“Minsk”), Yuri Ostroux (“Belşina”), Anton Matveenko (“Qomel”)

Yarımmüdafiəçi: Nikita Bukatkin (“Şaxtyor”), Mixail Sivakov (“Kalyari”, İtaliya), Aleksandr Kolotsey (“Vitebsk”), Stanislav Draqun (“Dinamo” Minsk), Aleksandr Tolkanitsa (MTZ-RİPO)

Hücumçular: Vladimir Yurçenko (“Saturn”, Rusiya), Dmitri Rekiş (“Dinamo” Minsk), Maksim Skavış (BATE), Andrey Voronkov (“Obolon”, Ukrayna), Dmitri Yuzvoviç (“Neman”).

Qeyd edək ki, millimizlə oyuna Türkiyədə hazırlaşacaq Kondratyevin yetirmələri sentyabrın 2-də bu ölkəyə yola düşəcək. Belarus yığması sentyabrın 8-də Türkiyədən birbaşa gələcək.
0