“Qalatasaray”dan fantastik qol: sürət saatda 121 km
24.08.2009 - 18:23
“Qalatasaray”dan fantastik qol: sürət saatda 121 km
İstanbulun “Qalatasaray” klubu Türkiyə Superliqasının III turunda fantastik qola imza atıb. Apasport.az saytının məlumatına görə, “Əli Sami Yen” stadionunda “Kayserispor”u qəbul edən “sarı-qırmızılılar”ın heyətində braziliyalı Elanonun qolu azarkeşləri çoşdurub. Çünki braziliyalı futbolçu 28 metrlik məsafədən qapını dəqiq nişan alıb. Onun zərbəsinin sürəti 121 km/saat-a bərabər olub. Bu, bir neçə gün öncə dünya çempionu tituluna layiq görülmüş yamaykalı atlet Useyn Boltun sürətindən təxminən 3 dəfə çoxdur. Bolt 100 metrlik məsafəni 9,58 saniyəyə qaçmışdı ki, bu da 37,5 km/saat sürəti deməkdir.
Qeyd edək ki, “Qalatasaray” “Kayserispor”a 4:1 hesabı ilə qalib gəlib.
0