Almaniya – Azərbaycan oyunu üçün viktorina
25.08.2009 - 09:34
Almaniya – Azərbaycan oyunu üçün viktorina
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Almaniya – Azərbaycan oyununu canlı izləmək üçün bilet almaq zəruri deyil. Apasport.az saytının məlumatına görə, Hannover şəhərindəki qarşılaşmaya giriş üçün cəmi bir sualın cavabını tapmaq da yetərlidir.

Belə ki, məşhur “Mercedes-Benz” şirkətinin təşkil etdiyi viktorinada yığmamızın oyununa bilet oynanılır. 1972-ci ildən Almaniya Futbol İttifaqı ilə əməkdaşlıq edən, son 19 ildə isə qurumun baş sponsoru olan şirkət cəmi bir sualın cavabını tapanlara Bundestimin qarşıdakı iki oyunundan birini izləmək imkanı yaradıb. Sentyabrın 5-də CAR-la yoldaşlıq, 9-da Azərbaycanla seçmə mərhələ matçlarından birinə yollanmaq istəyənlər Almaniya milli komandasının yeni avtobusunun nömrəsini tapmalıdır. “Spox” internet portalı ilə keçirilən viktorinada azarkeşlərə üç variant da təqdim olunub:

a) F-DN 11
b) F-Cup 2010
c) R-NM 2010


Qeyd edək ki, yığmamızla Hannoverin “AWD-Arena” stadionunda qarşılaşacaq almaniyalılar CAR-ı Leverkuzendə qəbul edəcək.
0