“Qəbələ” “ABN-Bərdə”ni darmadağın etdi
25.08.2009 - 10:21
“Qəbələ” “ABN-Bərdə”ni darmadağın etdi
“Qəbələ” klubu Premyer Liqadakı fasilədən yararlanmaq məqsədilə I divizion təmsilçisi “ABN-Bərdə” ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun yetirmələri bu görüşdə asanlıqla növbəti qələbə qazanıblar. “ABN-Bərdə” 1:5 hesablı məğlubiyyətlə üzləşib. “Qəbələ”dən Kənan Kərimov (2), Vurğun Hüseynov, Milan Marinkoviç və Maksim Skoroxodov fərqlənib.

Mənbə: pfl.az
0