Berti Foqts milli komandaya daha bir futbolçu çağırdı
25.08.2009 - 10:40
Berti Foqts milli komandaya daha bir futbolçu çağırdı
Futbol üzrə Azərbaycan milli komandasının heyətində növbəti dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Finlandiya, bundan 4 gün sonra isə Almaniyaya qarşı keçiriləcək matçlara hazırlaşan yığmamızın düşərgəsinə daha bir futbolçu cəlb olunub.

Baş məşqçi Berti Foqts Bakının “Neftçi” klubunun üzvü Ruslan Abışova dəvət göndərib. 22 yaşlı müdafiəçi “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayevdən sonra ilkin heyətə əlavə olunan ikinci futbolçudur.

Qeyd edək ki, milli komandamız qarşıdakı rəsmi oyunların hazırlığına dünən başlayıb.
0