Ermənistan yığmasının taleyi azərbaycanlı hakimə tapşırıldı
25.08.2009 - 11:05
Ermənistan yığmasının taleyi azərbaycanlı hakimə tapşırıldı
Azərbaycanlı hakim yeni təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, FİFA referisi Venera Muradova Avropa çempionatının seçmə oyunlarında fit çalacaq. O, 17 yaşadək qızlardan ibarət yığmalar arasında qitə birinciliyinin ilkin seçmə mərhələsinə təyinat alıb.

Muradova oktyabrın 23-dən 30-dək Serbiyada keçiriləcək 10-cu qrupun oyunlarında ədalət prinsiplərini qoruyacaq hakimlərdən biri olacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı Rusiya, İspaniya, Ermənistan komandaları mübarizə aparacaq.
0