“Xəzər-Lənkəran”a ziyan vuranlar...
25.08.2009 - 11:58
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, komitə üzvləri Premyer Liqanın II turunda baş verənlərə qiymət verərək, 4300 manatlıq cərimə kəsib.
Bu məbləğin böyük hissəsi - 3700 manatı “Xəzər-Lənkəran” - “İnter” matçlarına təsadüf edib. Əsas komandaların oyununun 36-cı dəqiqəsində meydan sahiblərinin rəsmisi Səməd Mustafayev hakimlərə mane olduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və komandasını 2000 manat ziyana salıb. Görüşün 86-cı dəqiqəsində meydandan qovulan Kostadin Cambazov da lənkəranlıların cərimələnməsinə səbəb olub. Bolqarıstanlı futbolçu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və klubu 200 manat cərimə olunub.
Bu klubların əvəzedici heyətlərinin görüşü də cərimə sarıdan məhsuldar alınıb. “İnter” 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 500 manat ödəməli olacaq. Bundan başqa, oyunun 90+2-ci dəqiqəsində hakimlərə etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılan “İnter”in məşqçisi Üzeyir İbrahimov 1 oyunluq cəzalandırılıb və bakılıları daha 1000 manat xərcə salıb.
“Simurq”la “Muğan”ın əvəzedicilərinin matçının 69-cu dəqiqəsində meydandan qovulan Ceyhun Abdullayev özünə 1 oyunluq “istirahət” qazanmaqla yanaşı, qonaqları 100 manat xərcə salıb. Əvəzedici heyətlərin çempionatında keçirilən “Karvan” – “Olimpik-Şüvəlan” matçında yevlaxlıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 500 manat ödəyəcək.

- “Milan” Modriçlə bağlı qərarını verdi - RƏSMİ
- Qarnaço "Aston Villa"da – 1 illik icarə
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
0
0