Məmmədovu Qazaxıstana göndərirlər
25.08.2009 - 12:18
Məmmədovu Qazaxıstana göndərirlər
Azərbaycanlı hakim-inspektor Murad Məmmədov Avropa çempionatının seçmə oyununa təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təmsilçimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında qitə birinciliyinin seçmə mərhələsində hakimlərin işinə qiymət verəcək. Məmmədov 6-cı qrupun sentyabrın 9-da keçiriləcək Qazaxıstan – İsrail oyununun hakim-inspektoru olacaq. Bu görüş Astana şəhərindəki Hacımukan Munaytpasov adına stadionda baş tutacaq.
0