Maurinyo oruc tutan futbolçunu danladı
25.08.2009 - 12:25
Maurinyo oruc tutan futbolçunu danladı
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo oruc tutan futbolçu Sulley Muntaridən narazıdır. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı A seriyasının ilk turunda “Bari”yə qarşı matçda Muntarinin zəif təsir bağışlamasını onun oruc tutması ilə əlaqələndirib. Baş məşqçi 35 dərəcə istidə qanalı futbolçunun oruc saxlamasını yanlış addım adlandırıb.

“Muntarinin Ramazan ayının qaydalarına görə meydançada problem yaşadığı açıq-aşkar hiss olunurdu. Fikrimcə, bu isti hava şəraitində oruc tutmaq səhvdir. İndiki dövr futbolçuların oruc saxlaması üçün uyğun deyil” - deyə Maurinyo vurğulayıb.

Qeyd edək ki, start heyətində yer almış Sulley artıq 29-cu dəqiqədə əvəzlənib. “İnter” isə birinci turda öz meydanında “Bari” ilə heç-heçə oynayaraq (1:1), azarkeşlərini təəccübləndirib.
0