Qurban Qurbanov komandasının məşqini yarımçıq tərk edəcək
25.08.2009 - 12:47
Qurban Qurbanov komandasının məşqini yarımçıq tərk edəcək
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan Hollandiya “Tvente”si bu gecə Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, hər iki klubun avqustun 27-də keçiriləcək cavab oyunundan bir gün əvvəlki məşq planına aydınlıq gəlib. “Qarabağ”ın son məşqi “narıncılar”la müqayisədə daha tez olacaq. Komanda 19:00-da 1 saatlıq məşq keçəcək. Lakin baş məşqçi Qurban Qurbanov yetirmələrinin hazırlığını sonadək izləməyəcək. 37 yaşlı çalışdırıcının 19:45-də mətbuat konfransı keçiriləcək. Qonaqların baş məşqçisi Stiv Maklaren isə əksinə, əvvəl jurnalistlərlə görüşüb sonra komandasının məşqinə rəhbərlik edəcək. Belə ki, ingilis mütəxəssis 19:00-da mətbuat konfransında iştirak edəcək. Hollandların məşqi isə 20:00-da başlayacaq və 15 dəqiqə mətbuat üçün açıq olacaq.
0