“İnter”lə “Simurq” Latviya yığmasına da futbolçu buraxmayacaq?
25.08.2009 - 13:21
“İnter”lə “Simurq” Latviya yığmasına da futbolçu buraxmayacaq?
Latviya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkov dünya çempionatının sentyabrda keçiriləcək oyunlarına 20 futbolçu çağırıb. Mütəxəssis Azərbaycanda top qovan 3 oyunçunu da “20-liy”ə daxil edib.

Bakının “İnter” klubunu yarımmüdafiəçisi Andrey Rubin və yeni transfer olunan hücumçusu Girts Karlsonu komandasına çağıran Starkov “Simurq”un orta sahə oyunçusu Gennadi Solonitsinə də dəvət göndərib. Sentyabrın 5-də İsraillə səfərdə, 9-da İsveçrə ilə evdə qarşılaşacaq latviyalıların heyətində “İnter”in sabiq oyunçusu da yer alıb. Bu yay bakılıların yollarını ayırdığı hələ də klubsuz olan Vladimir Kolesniçenko da yığmaya çağırılıb. Starkov Latviya çempionatının növbəti turundan sonra daha 3 oyunçu çağırmağı planlaşdırır.

Latviya yığması seçmə mərhələnin II qrupunda 6 oyundan sonra 10 xalla liderlər – Yunanıstan və İsveçrədən dən 3 xal geri qalır.

Qeyd edək ki, “İnter” və “Simurq” klublarının rəhbərliyi futbolçularını Azərbaycan yığmasına da buraxmaq istəmirdilər.
0