“Qarabağ” birini vurdu, “Real” dördünü
25.08.2009 - 13:34
“Qarabağ” birini vurdu, “Real” dördünü
İspaniyanın “Real” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Norveçin ən titullu klubu “Rusenborq”u 4:0 hesabı ilə darmadağın edib. Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a uduzan (0:0, 1:0) norveçlilərlə matçda Kərim Benzema iki, Diarra və Raul hərəyə bir qol vurub.

Bu qarşılaşmada topa ilk zərbəni Marta Dominqeş vurub. Bir neçə gün əvvəl Almaniyanın Berlin şəhərində keçirilən atletika üzrə dünya çempionatında maneələri dəf etməklə 3000 metr məsafəyə qaçmaqda qızıl medal qazanan xanımın ayağı “Real”a düşərli olub. Lakin Marta madridlilər üçün ehtiyat variant imiş. Belə ki, “Kral klubu” atletikanın kralı olan Useyn Bolta dəvət göndərmişdi. Onun yoxluğunu isə bu dəfəlik Dominqeş hiss etdirməməyə çalışıb.
0