“Qarabağ”ın oyununa 50 manata kim bilet alacaq?
25.08.2009 - 14:33
“Qarabağ”ın oyununa 50 manata kim bilet alacaq?
Avropa Liqasının dördüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ağdamlıların Hollandiya vitse-çempionu ilə qarşılaşmasına biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Avqustun 27-də saat 20:00-da başlayacaq görüşə biletlərin qiyməti 1-50 manata olacaq. Belə ki, C və D VİP sektorlarına biletlərin qiyməti 50 manat, digər sektorlara isə 1 və 2 manat ödəməli olacaq.

Qeyd edək ki, “Tvente”ylə “Qarabağ” arasında Hollandiyadakı matçda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.
0