“Qalatasaray”ın futbolçuları oruclarını pozacaqlar
25.08.2009 - 14:44
“Qalatasaray”ın futbolçuları oruclarını pozacaqlar
“Qalatasaray”ın baş məşqçisi Frank Raykaard Ramazan ayının gəlişi ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis “Cim Bom”un futbolçuların oruc tutmamalarına qarışmayacağını bildirib. O, “sarı-qırmızılılar”ın oruc saxlamaqla bağlı istəklərinə müdaxilə etməyəcəklərini söyləyib: “Mənim üçün ən önəmli olanı futbolçuların nümayiş etdirdikləri oyundur”.

Raykaard ötən bazar günü “Kayserispor”la görüşdən öncə ibadətə getmək istəyən oyunçuları sərbəst buraxıb. Bunu nəzərə alan “Qalatasaray” üzvləri rəhbərliyin müsbət addımına özünəməxsus cavab veriblər: onlar fiziki formalarının aşağı düşməməsi və yaxşı nəticələr qazanılması üçün bundan sonra qarşılaşmadan bir gün əvvəl və matç günü oruc tutmayacaqlar.
0