Stadionlarda mini-həbsxanalar olacaq
25.08.2009 - 15:48
Stadionlarda mini-həbsxanalar olacaq
2010-cu ildə CAR-da keçiriləcək dünya çempionatının təşkilat komitəsi yeni qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, stadionlarda yaşana biləcək xoşagəlməz hadisələrlə mübarizə aparan afrikalılar bu sahədə yeniliyə imza atırlar.

Belə ki, çempionat oyunlarının keçirildiyi stadionlarda mini həbsxanalar inşa olunur. Matç zamanı özünü apara bilməyən tamaşaçılar ilkin saxlama üçün ora salınacaq. Artıq Keyptaundakı “Qrinpoynt” stadionunda iki belə kamera hazırlanıb. Onların hər biri 8 azarkeş üçün nəzərdə tutulub. Polis bölməsinə aparılanadək fanatlar arenadakı kameralarında qalacaq.
0