“Bakı” Bazelə çarter reysi ilə getdi
25.08.2009 - 16:20
“Bakı” Bazelə çarter reysi ilə getdi
Azərbaycan çempionu “Bakı” Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bazel”lə cavab görüşü keçirmək üçün İsveçrəyə yollanıb. Apasport.az saytının məlumatına görə, komandamız Bazelə çarter reysi ilə gedib. “Bakı” futbolçuları sabah 2 məşqə çıxacaqlar. Oyun avqustun 27-də “Sent-Yakob Park” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da çalınacaq.

Qeyd edək ki, ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda “Bazel” 3:1 hesablı qələbə qazanıb.
0