“Levski”nin səviyyəsi məlum oldu
26.08.2009 - 09:40
“Levski”nin səviyyəsi məlum oldu
Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin cavab matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub. Bu qarşılaşmaların 4-də meydan sahibləri qalib gələrək, növbəti mərhələyə adlayıblar.

Yalnız “Anderlext” doğma divarlar arasında aciz qalıb. Türkiyə “Sivasspor”unu darmadağınla keçən belçikalılar “Lion”la bacarmayıblar. Azərbaycan çempionu “Bakı”nı mübarizədən kənarlaşdıran Bolqarıstan “Levski”si isə özündən də zəif “Debretsen”ə boyun əyib. Bundan başqa, “Atletiko”, “Makkabi” və “Sürix” rəqibini hər iki oyunda məğlub etməklə, qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində uduzan komandalar Avropa Liqasının qrupuna vəsiqə qazanıb.

“Anderlext” (Belçika) - “Lion” (Fransa) - 1:3
Suares, 5-pen. - L. Lopes, 26, 32, 41
İlk oyun - 1:5

“Atletiko” (İspaniya) - “Panatinaikos” (Yunanıstan) - 2:0

Vintra, 3-avtoqol, Kun, 83
İlk oyun - 3:2

“Sürix (İsveçrə) - “Ventspils” (Latviya) - 2:1

Fonlanten, 6, Abdi, 90+2 - Tsiqirlaş, 8
İlk oyun - 3:0

“Debretsen” (Macarıstan) - “Levski” (Bolqarıstan) - 2:0

Varqa, 13, Rudolf, 35
İlk oyun - 2:1

“Makkabi (Hayfa, İsrail) - “Zalsburq” (Avstriya) - 3:0

Dvalişvili, 31, Qolsa, 67, Məhəmməd Qadir, 90
İlk oyun - 2:1
0