“Sivasspor” “Turan”ın taleyini yaşadı
26.08.2009 - 09:49
“Sivasspor” “Turan”ın taleyini yaşadı
UEFA kubokunun son qalibi olan Ukraynanın “Şaxtyor” klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi turnirin dördüncü təsnifat mərhələsinin cavab oyununda da Türkiyə “Sivasspor”unu məğlub edib. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn Mirça Luçeskunun yetirmələri bu dəfə hər iki qolunu penaltidən vurub. Azərbaycan Premyer Liqasının son turunun “Neftçi” – “Turan” oyunundan fərqli, bu dəfə qonaqların qapısına təyin olunan penaltilərin ikisi də birinci hissədə deyil, hərəsi bir 45 dəqiqədə təyin olunub.

“Şaxtyor” (Ukrayna) – “Sivaspor” (Türkiyə) - 2:0
Jadson, 21-pen, Adriano, 59-pen
İlk oyun – 3:0
0