“Bakı” Bazelə çatdı, bəs məqsədinə?
26.08.2009 - 09:55
“Bakı” Bazelə çatdı, bəs məqsədinə?
Avqustun 27-də UEFA Avropa Liqası pley-off mərhələsində "Bazel"lə qarşılaşacaq "Bakı" artıq İsveçrədədir. Apasport.az saytının məlumatına görə, dünən axşam saatlarında Bazelə çatan komanda "Basel Hilton" otelində məskunlaşıb. Bakılılar bu gün oyunun keçiriləcəyi arenada məşqə çıxacaq.

Xatırladaq ki, 1 həftə əvvəl Bakıda keçirilən oyunda "Bazel" 3:1 hesabı ilə qalib gəlmişdi. "Bakı" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün cavab qarşılaşmasında ən azı 3 qol vurmalıdır.
0