Rəqibimiz rusları böyük hesabla yendi
26.08.2009 - 10:27
Rəqibimiz rusları böyük hesabla yendi
Qadınlar arasında Avropa çempionatının final mərhələsində qrup oyunlarının ilk turu arxada qalıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunlarında Azərbaycan milli komandasının rəqibi olan İsveç yığması ilk matçında Rusiya ilə qarşılaşıb. C qrupunda mübarizə aparan skandinaviyalılar şimal qonşularımızı darmadağın edib – 3:0. İqor Şalimovun yetirmələrini Rohlin, Sandell-Svensson və Seqer məyus edib.

Qeyd edək ki, Çexiya, Belçika və Uels yığmalarının da yer aldığı seçmə qrupda millimiz ilk oyununu məhz İsveçə qarşı keçirəcək. Bu görüş oktyabrın 24-də Bakıda keçiriləcək.
0