Berti Foqts 7 futbolçunu milli komandadan uzaqlaşdırdı
31.08.2009 - 10:42
Berti Foqts 7 futbolçunu milli komandadan uzaqlaşdırdı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər stadionunda Finlandiya, bundan dörd gün sonra Hannoverdəki “AWD Arena” stadionunda Almaniya ilə qarşılaşacaq yığmamızın heyətində 24 futbolçu hazırlıq keçəcək.

Matçlar ərəfəsindəki ilk toplanışa 31 oyunçu cəlb edən Berti Foqts bu futbolçuların 7-dən imtina edib. Almaniyalı mütəxəssis Elçin Sadıqov, Tural Nərimanov, Usim Nduka, Şəhriyar Rəhimov, Tural Cəlilov, Fabio Luis Ramim və Bəxtiyar Soltanova “qapını göstərib”.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”).

Müdafiəçilər: Samir Abbasov, Mahir Şükürov, Vladimir Levin (hamısı “İnter”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Aqil Nəbiyev (“Olimpik-Şüvəlan”), Ernani Pereyra (“Karvan”), Elnur Allahverdiyev (“Qarabağ”), Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov (hər ikisi “Bakı”).

Yarımmüdafiəçilər: Cavid Hüseynov, Aleksandr Çertoqanov (hər ikisi “İnter”), Araz Abdullayev (“Neftçi”), Cavid İmamverdiyev (“”Karvan), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”).

Hücumçu: Daniel Axtyamov (“Simurq”), Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”).
0