“Borussiya” - “Bavariya” matçında azərbaycanlı məşqçinin nə işi var?
31.08.2009 - 12:01
Almaniya Futbol İttifaqının təşkil etdiyi 32-ci beynəlxalq məşqçilik kurslarına start verilib. Apasport.az saytının məlumatına görə, 21 ölkədən 28 çalışdırıcının qatıldığı tədbirdə Azərbaycan da təmsil olunub.
Həm kursların, həm də imtahanların ingilis dilində keçirildiyi seminar sentyabrın 18-dək davam edəcək. Xaricdən dəvət olunan müəllimlərlə yanaşı, almaniyalılar Horst Krit və Bernd Fişerin dərs keçəcəyi “şağirdlər” Adidas şirkətindən hədiyyələr də alacaq. Məşqçilərə fizioterapiya, hakimlik, psixologiya və tibb elmi ilə bağlı mühazirələr də oxunacaq.
Bundan başqa, kurs iştirakçıları “Bayer”in düşərgəsində olacaq, həmçinin iki matçı izləyəcək. Onlar sentyabrın 5-də Almaniya və CAR yığmaları arasında yoldaşlıq oyunu, bir həftə sonra isə Bundesliqada Dortmund “Borussiya”sı ilə “Bavariya”nın oyununda iştirak edəcək.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0