Almanlar dünya çempionatının final mərhələsini düşünür
31.08.2009 - 13:41
Almanlar dünya çempionatının final mərhələsini düşünür
Almaniya milli komandasının dünya çempionatının final mərhələsində geyinəcəyi formalar hazırdır. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdə Azərbaycan yığması ilə bir qrupda mübarizə aparan Bundestim CAR-da keçiriləcək yarışa vəsiqə qazanmamış forma məsələsini həll etməyə qərar verib.

Almanların paltarlarını hazırlayan “Adidas” şirkəti bu dəfəki formanın üzərinə əvvəlki üç dünya çempionluğunun əks olunmasını zəruri sayıb. 1954, 1974 və 1990-cı illərdə qazanılan titulları ifadə edən elementlərin yer aldığı köynəklərin boynu və qolunun kənarı qara rəngdə olacaq. Sol tərəfdən sinəsinin üstündə Almaniya Futbol İttifaqının loqotipi əks olunacaq. Formadakı 11 şaquli xətt isə komanda ruhunu göstərir. Mərkəzdəki üç xətt Almaniyanı əks etdirən qara, qırmızı və qızılı rənglərə boyanacaq.

Qeyd edək ki, Almaniya yığması sentyabrın 9-da Azərbaycan milli komandası ilə qarşılaşacaq.
0