Azərbaycanda işləyən məşqçini Oleq Bloxin əvəzlədi
31.08.2009 - 14:51
Azərbaycanda işləyən məşqçini Oleq Bloxin əvəzlədi
Ukrayna milli komandasının sabiq baş məşqçisi Oleq Bloxin bu ölkənin “Çernomorets” klubunu çalışdıracaq. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu postda İqor Nakoneçnını əvəzləyəcək.

Belə ki, Viktor Qrişkonun istefasından sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti icra etmək “MKT-Araz”ın sabiq çalışdırıcısına tapşırılmışdı. 2005-07-ci illərdə İmişli təmsilçisinə rəhbərlik edən Nakoneçni bu postda qalmağa namizədlər sırasında olsa da, “Çernomorets”in “sükanı arxasında” “Dnepr”ə 0:1 hesabı ilə məğlubiyyət buna imkan verməyib.

Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçilərindən Əhməd Ələsgərov və Anatoli Demyanenkonun da adı Odessa klubu ilə yanaşı hallanırdı.
0