“Turan” üçün daha 2 futbolçu
31.08.2009 - 15:32
“Turan” üçün daha 2 futbolçu
Tovuzun “Turan” klubu daha iki futbolçunu iştirak ərizəsinə daxil etmək üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Apasport.az saytının məlumatına görə, əvvəllər də qərblilərin formasını geyinmiş Elnur Abbasovla Junivan Suares Nizami Sadıqovun rəhbərliyi altında oynaya bilər. Futbolçuların transfer sənədlərində hər hansı çatışmazlıq olmayacağı halda, PFL onları sifariş vərəqini daxil edəcək. Bu iki futbolçu ilə yanaşı, baxışa dəvət olunan Valeri Onila, Ronald Onana və Oleq Xromtsovun da tovuzluların heyətində yer alacağı gözlənilir. Onlardan fərqli, “Turan”ın düşərgəsində olan iki legioner – Maksim Kundev və Vitali Azarov bəyənilməyərək geri qaytarılıb.
0