Bernard Lippert dəyişikliyə məcbur oldu
31.08.2009 - 16:33
Bernard Lippert dəyişikliyə məcbur oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk iki oyununa sentyabrda çıxacaq yığmanın baş məşqçisi Bernard Lippert məcburi dəyişikliyə əl atmalı olub. Belə ki, onun bir müddət əvvəl dəvət etdiyi oyunçular arasında yer alan Cavid İmamverdiyev Berti Foqtsun komandasına çağırıldığından U-21-in heyətindən çıxarılıb. Lippert Cavidin əvəzinə Qara Qarayevi komandaya cəlb edib: Aqil Məmmədov, Elçin Sadıqov, Emin Cəfərquliyev, Bəxtiyar Soltanov, Nodar Məmmədov, Tural İsgəndərov, Tərlan Quliyev, Tural Nərimanov, Eşqin Quliyev, Maksim Medvedev, Rauf Əliyev, Taqim Novruzov, Fərrux Rəhimov, Şəhriyar Rəhimov, Əfran İsmayılov, Vurğun Hüseynov, Pərvin Paşayev, Emin Mustafayev, Qara Qarayev.

Qeyd edək ki, U-21 sentyabrın 5-də Durres şəhərindəki “Niko Dovana” stadionunda Albaniya, sentyabrın 9-da isə Tofiq Bəhramov adına Respublika stadionunda Belarus U-21-i ilə qarşılaşacaq.
0