“Qarabağ”a ağır itki: Zaur Ramazanov “Standard”a keçdi!
31.08.2009 - 16:59
“Qarabağ”a ağır itki: Zaur Ramazanov “Standard”a keçdi!
Ağdamın “Qarabağ” klubunun futbolçusu Zaur Ramazanovun karyerasını hansı komandada davam etdirəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, adı bir çox klubla yanaşı hallanan 33 yaşlı hücumçu cari mövsümün ilk yarısını Sumqayıtın “Standard” komandasında keçirəcək. “Gənclik şəhəri” təmsilçisi ağdamlılarla 2 illik müqaviləsi olan Zauru yarım illik icarəyə götürüb.

Qeyd edək ki, “transfer pəncərəsi”nin son günündə Ramal Hüseynovla da anlaşan “Standard” Emin Quliyevin də keçidini həll etmək üzrədir.
0