“Levski”nin qənimi velosipedçini öldürdü
31.08.2009 - 17:10
“Levski”nin qənimi velosipedçini öldürdü
Macarıstanın “Debretsen” klubunun futbolçusu Laslo Bodnar faciənin səbəbkarına çevrilib. Apasport.az saytının məlumatına görə, Macarıstan yığmasının müdafiəçisi öz “Mercedes”i ilə velosipedçini “tapdalayıb”. Polisin rəyinə əsasən, ölkənin şərqində olan Nirbator şəhərciyi yaxınlığındakı qəzaya avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Laslo özü də yüngül xəsarətlə xəstəxanaya çatdırılıb. Onun içkili vəziyyətdə olmadığı aşkarlanıb. Velosipedçi isə dünyasını dəyişib. Macarıstan Futbol Federasiyası baş verənlərdən şoka düşərək, hər hansı bir şərh verməkdən imtina edir. Yığmanın məşhur holland məşqçisi Ervin Kuman da eyni mövqeni tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl macar azarkeşlər Laslonu milli qəhrəmana çevirmişdi. Çünki məhz Bodnarın qolu çempionlar Liqasının sonuncu təsnifat mərhələsində Bolqarıstan “Levski”si üzərində qələbədə böyük rol oynamış və macarları qrupa çıxarmışdı.
0