Hacıyevskidən şok açıqlama: Ətrafımızda ab-havanı pozan adamlar var
31.08.2009 - 18:19
Hacıyevskidən şok açıqlama: Ətrafımızda ab-havanı pozan adamlar var
“Bakı” klubunun ətrafında bir qrup elə adamlar var ki, onlar klubun güclü olmasını istəmir. Bizə kömək etmək əvəzinə, maneçilik törətməyə çalışanların peyda olması heç də yaxşı hal deyil. Bu da klubdakı ümumi ab-havaya təsir edir”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi kollektivin Avroliqanın dördüncü təsnifat mərhələsində İsveçrə “Bazel”inə 1:3 və 1:5 hesablı məğlubiyyətlərində kənar qüvvələrin əli var: “Belə insanlar “Bazel”lə oyun ərəfəsində peyda oldular. Bu elə ani baş verdi ki, nəyisə düzəltməyi də çatdırmadıq. Son iki matçda komandanın birdən-birə dəyişməsi də gün kimi aydındır. Biz hər gün vitse-prezidentimiz Zeynal Məmmədovla söhbət edib müzakirələr aparırıq. Bunun hansı nəticəni verəcəyini deməyə hələlik çətinlik çəkirəm. Məsələ ilə bağlı klub prezidenti Hafiz Məmmədovla da görüşümüz planlaşdırılıb. Ümid edirəm ki, klub rəhbəri hazırkı vəziyyətə son qoyacaq”.

Mənbə: extratime.az
0