Azərbaycan yığması almanlara 4 cavabsız qol vurarsa...
08.09.2009 - 16:47
Azərbaycan yığması almanlara 4 cavabsız qol vurarsa...
Bukmeker kontorları dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan görüşü ilə bağlı müxtəlif pul qoyuluşları qəbul edir. Apasport.az saytının məlumatına görə, ekspertlərin qol vuran oyunçularla bağlı rəyləri də maraq doğurur.

Belə ki, Bundestimin 20 futbolçusunun fərqlənməsinə pul qoyuluşu götürən kontorlar Mario Qomes və Miroslav Kloze üçün daha aşağı əmsal müəyyənləşdirib – 1,50. Fərqlənmək ehtimalı ən az olan və ümumiyyətlə nadir hallarda meydana çıxan Andreas Bek qol vurarsa, ona pul qoyanları 5,20 dəfə zənginləşdirəcək.

Yığmamızın və Ağdamın “Qarabağ” klubunun hücumçuları Vaqif Cavadovla Vüqar Nadirovun “bacarığı” isə 15,00-a bərabərdir. Bu isə onların Kloze və Qomeslə 10 qat fərqli olmasını göstərir.

Bukmekerlər qarşılaşma üçün mümkün olan 37 hesab variantına pul qəbul edir. Ekspertlərin ən çox gözlədiyi hesab görüşün 3:0 və ya 4:0 bitməsidir.

Maraqlıdır ki, variantlar arasında Azərbaycan yığmasının 4:0 hesabı ilə qələbə qazana biləcəyi də göstərilib.

Müxtəlif hesablara pul qoyuluşlarının əmsalı

3:0 - 4,75
4:0 - 4,75
2:0 - 6,00
5:0 - 6,00
6:0 - 8,50
1:0 - 12,00
3:1 - 15,00
4:1 - 15,00
7:0 - 15,00
5:1 - 19,00
2:1 - 21,00
0:0 - 26,00
8:0 - 26,00
6:1 - 28,00
1:1 - 34,00
7:1 - 41,00
0:1 - 51,00
9:0 - 51,00
8:1 - 67,00
2:2 - 101,00
1:2 - 101,00
0:2 - 101,00
3:2 - 101,00
4:2 - 101,00
10:0 - 126,00
9:1 - 151,00
3:3 - 251,00
2:3 - 251,00
1:3 - 251,00
0:3 - 251,00
4:3 - 251,00
4:4 - 251,00
3:4 - 251,00
2:4 - 251,00
1:4 - 251,00
0:4 - 251,00
10:1 - 251,00
0