“Desəm ki, sevinmirəm, doğru çıxmaz”
14.09.2009 - 09:39
"İlk 2 turda daha yaxşı nəticəyə layiq idik. Bu oyunlarda təsadüfən xal itirdiyimizi də "Bakı" ilə qarşılaşmada sübuta yetirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Elşən Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının IV turunda “Bakı”nı 2:1 hesabı ilə məğlub edən komandasının ilk topun müəllifi olan 29 yaşlı hücumçu “Simurq”un tarixində 200-cü qolunun müəllifi oldu. Məmmədov yubiley qolunun onun üçün əhəmiyyət daşımadığını bildirib: “Futbolçu üçün hər şeydən öncə komandanın uğuru durur. Əsas qələbə olsun, yubiley qolunu kimin vurmasının elə bir ciddi önəmi yoxdur. Amma desəm ki, sevinmirəm, doğru çıxmaz. Komandanın tarixinə bu cür düşmək çox xoşdur".

0
0