Şahin Diniyev yerində qaldı
14.09.2009 - 10:24
Şahin Diniyev yerində qaldı
Rusiya çempionatında Premyer Liqa klublarının nəzdində olan gənclərdən ibarət komandaların birinciliyində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Şahin Diniyevin rəhbərlik etdiyi Qroznı “Terek”i XXI turu qələbə ilə başa vurub. Onun komandası öz meydanında “Tom”u 2:0 hesabı ilə məğlub edib. Diniyevin oğlu Kərim də qarşılaşmanın iştirakçılarından olub və 77-ci dəqiqədə meydana çıxıb. Çempionatda 10-cu qələbəsini qazanan “Terek” 21 oyundan sonra 33 xalla 7-ci pillədəki mövqeyində qalıb.
0