Qus Hiddink milli komandamızla görüşə ehtiyat qapıçısız gələcək
14.09.2009 - 10:42
Qus Hiddink milli komandamızla görüşə ehtiyat qapıçısız gələcək
Rusiya milli komandasının qapıçısı Vladimir Qabulov 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oktyabrın 14-də keçiriləcək görüşdə iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunda çıxış edən milliyətcə osetin qapıçı, ümumiyyətlə Bakıya gəlməyəcək.

Rusiya Premyer Liqasının hesabat turunda həmşəhərliləri “Spartak”la matçda rəqib futbolçu dizi ilə Qabulovun sifətinə zərbə vurub. Üz sümüyü sınan Vladimir indi cərrahiyyə əməliyyatı olunmalıdır: “Mənə deyiblər ki, sümük 2 aya bitişir. Bu, baş verməyənə qədər isə futbol oynamaq olmaz. Çempionatımız da təxminən həmin vaxtda bitir”.

Qeyd edək ki, son Avropa çempionatının bürünc medalçısı olan Qabulov klubundan fərqli yığmada ehtiyat qapıçıdır.
0