Maradona qaçmağa üstünlük verdi
14.09.2009 - 12:15
Braziliya və Paraqvaya məğlubiyyətlərdən sonra biabır olan Argentina yığmasının baş məşqçisi Dieqo Maradona Avropaya qaçmağa qərar verib. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyasının rəhbərliyi bu gün Maradona ilə görüşüb milli komandanın taleyinə aydınlıq gətirmək istəsə də, bu baş tutmayıb.
Artıq istefası gündəmdə olan Maradona federasiyadakı görüşdən vacib iş taparaq, Avropa turnesinə çıxıb. Baş məşqçi bunu yığmanın ulduzları ilə ciddi söhbətə ehtiyacın olması ilə əlaqələndirib. Qabriel Hayntse, Fernando Qaqo, Xavyer Zanetti, Maksi Rodriges, Lisandro Lopes və Dieqo Militoya xəbərdarlıq etməkdə israrlı olduğunu bildirən Maradona onların milliyə bir də çağırılmasında problemin yarana biləcəyini vurğulayıb.
Dünya çempionatının final mərhələsindən kənar qalmaq təhlükəsinin radikal addımlar atmağa vadar etdiyini açıqlayan mütəxəssis Xavyer Maskerano, Serxio Aquero, hətta Lionel Messini də komandadan xaric edə biləcəyini bildirib.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0