“Muğan” klubunun baş məşqçisi: Bir qələbə ilə müharibə udulmur
14.09.2009 - 13:11
“Qələbə qazanmağımızın səbəbi odur ki, biz rəqibi yaxşı öyrənmişdik. “Neftçi” ilə Türkiyənin Kartəpə vilayətində birgə hazırlıq keçmişdik, üstəlik, bu komandanın cari mövsümdə oyununu görmüşdüm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının yeni lideri olan Salyanın “Muğan” klubunun baş məşqçisi Kemal Alispahiç deyib.
Vaxtilə Bosniya və Herseqovinanın milli komandasında da çalışmış təcrübəli mütəxəssis hesabat turunda səfərdə “Neftçi” üzərində qazandığı qələbə (2:0) ilə diqqət mərkəzinə düşdü. Amma Alispahiç nəticəni təsadüfi saymır: “Bu nə qədər sensasiyalı sayılsa da, qələbəyə layiq idik. Rəqibin oyununu ciddi təhlil edib, düzgün taktika qurmuşduq. Yetirmələrim də verdiyim tapşırıqları yerinə yetirdi və istədiyimizə çatdıq. Biz “Neftçi”yə qarşı əla oynadıq və bunun bəhrəsini gördük. Onu da deyim ki, bu, gücümüzün son həddi deyil. Biz bundan da yaxşı oynaya bilərik”.
“Muğan” üçün bu tarixi qələbə nə qədər əlamətdar olsa da, çalışdırıcısı yalnız bununla yaşamağı düzgün saymır: “Eyforiyaya qapılmamışıq. Göydən yerə düşməmişik ki... Düzdür, “Neftçi” üzərində qazanılan qələbənin əhəmiyyəti böyükdür. Ancaq digər tərəfdən, bir oyunla hər şey bitmir. Artıq növbəti tura haqda düşünürük. Bir neçə gündən sonra “Karvan”la oyunumuz var və Salyandakı həmin görüşə ciddi hazırlaşırıq. Bilirsiniz, bir qələbə ilə müharibə udulmur. Həyat davam edir və qarşıda hələ çox döyüşlər var”.
Bosniyalı mütəxəssis cari mövsümdə göstərəcəkləri nəticə, “altılq” perspektivləri ilə bağlı proqnoz verməyi məqsədəuyğun saymayıb: “Bunu zaman göstərəcək. İndidən bu haqda dəqiq bir şey deyə bilmərəm. Biz gənc komandayıq, ilk addımlarımızı normal atıb, təcrübəmizi artırırıq. Rəhbərliyin qayğısı sayəsində işimizin bəhrəsini görürük. Hazırda Azərbaycan Premyer Liqasının lideriyik və bunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Hər oyuna ayrılıqda ciddi yanaşıb, uğur haqda düşünürük. Birinci liqaya düşən son iki pilləni tutmamaq əsas vəzifələrimizdəndir”.

0
0