“Lənkərandakı oyundan sonra çox mətləblərə aydınlıq gələ bilər”
14.09.2009 - 13:25
“Bilirsiniz, mən rəsmən istefa verməmişəm. Sadəcə, vitse-prezidentimiz Zeynal Məmmədovla fikir mübadiləsi aparıb, yaranan vəziyyəti müzakirə etmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Ötən mövsüm Azərbaycan çempionu olan paytaxt təmsilçisi son vaxtlar üzləşdiyi uğursuzluq zolağından çıxa bilmir. Avrokubokları da nəzərə alsaq, son 4 oyunda meydanı məğlub tərk edən “Bakı” yeni mövsümə evdə məğlubiyyətlə başladı. Belə vəziyyətdə getmək fikrinə düşən Hacıyevski indi bu haqda danışmağı məqsədəuyğun saymır: “Hələ bu haqda düşünmürəm. Bizi qarşıda “Xəzər-Lənkəran”la çətin səfər oyunu gözləyir. İndi bütün diqqətimi həmin görüşə yönəltmişəm. Məmmədovla söhbətimizdə “Simurq”la matçı təhlil edib, Lənkərandakı keçirəcəyimiz görüş haqda danışmışıq. Biz səhvlərimizi “Xəzər-Lənkəran”la oyunda düzəldə bilərik. Buna gücümüz var. Komandanın səviyyəsi buna imkan verir. Lənkəranda qələbə qazanmaq iqtidarındayıq”.
54 yaşlı makedoniyalı mütəxəssisin fikrincə, “Xəzər-Lənkəran”la oyundan sonra bir çox mətləblərə aydınlıq gələ bilər: “Problemlər haqda danışmışam və buna qayıtmaq istəmirəm. Konkret danışmaq, kiminsə adını çəkmək mən tərəfdən düzgün olmazdı. Lənkərandakı oyuna ciddi hazırlaşırıq. “Simurq”la matçdan sonra məşqlərimizi bərpa etmişik. “Xəzər-Lənkəran”la görüş öncəsi komandadakı ab-hava yaxşıdır. Bunun qaydasında olmasına çalışırıq”.

0
0