“Neftçi” klubunda ehtiyatda qalan futbolçu “Bayer”lə müqavilə bağladı
14.09.2009 - 13:41
“Neftçi” klubunda ehtiyatda qalan futbolçu “Bayer”lə müqavilə bağladı
“Tomaşın nə dərəcədə faydalı olmasından çox razıyam. O, mövsümə hazırlıq dövründə özünü yaxşı tərəfdən göstərə bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın məşhur “Bayer” klubunun baş məşqçisi Yupp Haynkes deyib.

Tanınmış mütəxəssis Leverkuzen təmsilçisinə transfer olunan polşalı qapıçı Tomas Bobeldən razılığını bildirib. Haynkes ötən mövsümün ikinci dövrəsini Bakının “Neftçi” klubunda keçirib, əsasən ehtiyat oyunçular skamyasında əyləşən 35 yaşlı əlcək sahibinin “Bayer”ə keçidinin səbəbini izah edib: “Bobel xarakterə malik futbolçudur. Üstəlik, bizim kollektivə əla uyğun gəlir”.

Almaniya milli komandasının qapıçısı Rene Adlerin əvəzləyicisi olmaqla barışan polşalı bir illik müqavilə bağladığı “Bayer”ə keçməsinə çox sevinir: “Artıq neçə həftədir ki, leverkuzenlilərlə məşq keçirdim. Ehtiyat qapıçımız Bebedikt Fernandesin zədələnməsindən sonra mənə müqavilə bağlamaq təklif etdilər. Uzun illər arzusunda olduğum şey gerçəkləşib. Artıq Bundesliqada oynayacağam. Heç kim düşünməsin ki, bu şansı əldən qaçırmaq fikrindəyəm. Azərbaycanda isə işlərim alınmadı. Orada tam fərqli futbol ab-hava var idi ki, bu da mənə uyğun gəlmirdi”.

Qeyd edək ki, Bobel karyerası ərzində Polşanın “Slaşki Vrotslav”, Almaniyanın “Ertseqebirqe”, “Fortuna” (Köln) və “Duysburq” klublarında da çıxış edib.
0