Rəşad Sadıqov: ...çempionatda bir neçə oyun keçirməliyəm
14.09.2009 - 16:08
“Finlandiya və Almaniya ilə görüşlərdə milli komandamız futbol oynadı. Nəticənin olmaması isə artıq başqa məsələdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Zədə üzündən millinin son oyunlarını buraxan 27 yaşlı müdafiəçi Lənkəranda Finlandiyaya 1:2, Hannoverdə Almaniyaya 0:4 hesabı ilə uduzulan görüşlər haqda danışıb: “Yığmamızın oyununda əzmkarlıq, qələbə istəyi hiss olunur ki, bu da sevindiricidir. Digər tərəfdən isə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Nəticə olmayan yerdə yığmanın oyununa qiymət vermək çətindir. Gələn ay Lixtenşteyn və Rusiya ilə matçlarda maksimum xal toplamağa çalışmalıyıq. Həmin qarşılaşmalarda oynayıb-oynamayacağımı hələ bilmirəm. Bir aydır ayağıma top dəymir. Hələ sıraya dönməli, çempionatda bir neçə oyun keçirməliyəm. Formamı belə tez yığa biləcəyimi söyləmək çətindir”.
Qeyd edək ki, Rəşadın meydana qayıdışının 6-cı turun “Simurq”la oyununda gerçəkləşəcəyi gözlənilir.
Extratime.az

0
0