“Baş məşqçi postundan getmək istəyirəm”
14.09.2009 - 18:22
“Baş məşqçi postundan getmək istəyirəm”
“Baş məşqçi postunu rəsmən tərk etməmişəm. Ancaq bu vəzifədən getmək istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakılı” klubunun baş məşqçisi Bəxtiyar Qulamov deyib.

Qulamov bildirib ki, bu postda taleyi ilə bağlı klub prezidenti Misir Əbilovla görüşüb söhbətləşmək fikrindədir: “Birinci liqada mövsümə yaxşı başladıq. İlk turda MOİK üzərində qələbə qazansaq da, “Rəvan”la görüşdə bəxtsizliyin qurbanı olduq. Rəqib 35 metrdən qapımıza yol tapdı və buraxdığımız bu yeganə qolla uduzduq. Mən komandadan getməmişəm. Sadəcə, yalnız bir vəzifəni daşımaq istəyirəm. Bununla bağlı bu həftə Əbilovla danışacağam. Əslində, “Bakılı”ya vitse-prezident kimi gəlmişəm və bu postda qalıram. Vitse-prezident kimi “Bakılı”da bütün yaş qruplarından ibarət komandalara nəzarət edirəm. Elman Sultanov gəncdir, qoy baş məşqçi vəzifəsində çalışsın. Mən də belə istəyirəm. Ancaq qərarı klub prezidenti verir”.

0