UEFA kubokunun qalibi Azərbaycan çempionunun rekordunu hədəfə alıb
15.09.2009 - 10:08
UEFA kubokunun və Superkubokunun qalibi olan argentinalı hücumçu Aleksandro Dominges Azərbaycan çempionu Georgi Demetradzenin rekordunu hədəfə alıb. Apasport.az saytının məlumatına görə, son Rusiya çempionu “Rubin” klubunun heyətində oynayan Dominges cari çempionatda artıq 8-ci penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, Rusiya Premyer Liqası tarixində 2-ci nəticədir və rekord ötən mövsüm “Bakı” klubunun heyətində ölkə çempionluğunu qazanan Demetradzeyə məxsusdur.
Gürcü hücumçu 1999-cu ildə Rusiya çempionatında “Alaniya”nın heyətində 10 penalti zərbəsinin dəqiq yerinə yetirib. Georginin bu göstəricini yaxşılaşdırmaq imkanı da olub. Ancaq hücumçunun 11-ci penalti zərbəsini dəqiq yerinə yetirmək cəhdi uğursuz alınıb. Artıq ölkəmizdə çıxışını başa vuran Demetradze Rusiyada həmin mövsümdə ümumilikdə 21 qol vurub. Cari mövsümdə penalti zərbələrini məharətlə yerinə yetirən, artıq hesabında 13 qol olan Aleksandro Georginin rekordunu yaxşılaşdırmaq fikrindədir.
Qeyd edək ki, Dominges ötən il Sankt-Peterburqun “Zenit” klubunun heyətində UEFA kubokunu və Superkubokunu qazanıb.

0
0